8 C
Baku
Friday, December 13, 2024

100 min AZN ödəməklə Azərbaycanda müvəqqəti yaşamağa icazə veriləcək – QƏRAR

Miqrasiya Məcəlləsinə edilmiş yeni dəyişikliyə əsasən Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama icazəsinin əldə edilməsi üçün əsas olan halların sırasına yeni hal əlavə edilib.

Nominal dəyəri azı 100 min manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə müraciət edə biləcəklər.

Qanuna edilmiş yeni dəyişikliklə, həmçinin Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə əsasən müvəqqəti yaşama icazələri əldə etmək üçün şərtlər yenidən müəyyən edilib. Belə ki, dəyişikliklərdən öncə əcnəbi Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə müraciət edə bilərdisə, yeni qanun qüvvəyə mindikdən sonra Azərbaycanda təsis edilmiş və ödənilmiş nizamnamə kapitalı İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş miqdardan az olmayan xarici investisiyalı hüquqi şəxsin rəhbəri və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olan təsisçisi müvəqqəti yaşamaq icazəsinin alınması üçün müraciət edə bilər.

Son xəbərlər
Digər xəbərlər