13 C
Baku
Saturday, November 23, 2024

Avropa Komissiyasının sədri: “Avropa İttifaqı Çinlə bağlı siyasətini sərtləşdirməlidir”

“Avropa İttifaqı Çinlə bağlı siyasətini sərtləşdirməlidir, bütün ölkələrin bu məsələdə ümumi fikri var”.

Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “ZDF” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, müxtəlif üzv dövlətlərin Çinlə qarşılıqlı əlaqə məsələsində fərqli maraqları var:

“Ancaq fakt budur ki, Çin çox dəyişib və buna görə də biz Pekinə qarşı siyasətimizi sərtləşdirməliyik”.

O vurğulayıb ki, son bir neçə həftə və aylarda bu məsələ ilə bağlı çox yaxşı müzakirələr aparılıb, getdikcə Aİ-nin izləmək istədiyi ümumi strategiya formalaşıb.

Son xəbərlər
Digər xəbərlər