Dünyanın ən varlı adamı, LVMH qrupunun sahibi Bernard Arno səhmlərin düşməsi səbəbindən bir gündə 11.2 milyard dollar itirib, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.
Agentliyin məlumatına görə, LVMH səhmləri mayın 23-də “Euronext” birjasında ticarət zamanı 5% dəyər itirib. Ümumilikdə, sessiya zamanı Avropanın dəbdəbəli mal istehsalçıları təxminən 30 milyard avro ucuzlaşıb.
Aprel ayında Bernar Arno dünyanın ən varlı adamı olub. Milyarderin sərvəti il ərzində 53 milyard dollar artıb. Səhmlərin ucuzlaşmasına baxmayaraq LVMH-in rəhbəri reytinqdə birinciliyini qoruyub saxlayır. “Bloomberg” onun sərvətini 191.6 milyard dollar olaraq qiymətləndirir.