9 C
Baku
Thursday, December 12, 2024

Büdcə təşkilatlarının büdcədənkənar xərcləri 25%-ə yaxın artıb

2022-ci ildə büdcə təşkilatlarının iş və xidmətlərin göstərilməsindən, məhsul satışından və digər fəaliyyətindən əldə etdikləri gəlirlərdən formalaşan büdcədənkənar vəsaitlər üzrə xərcləri (büdcədənkənar xərclər) təsdiq edilmiş smetanın 90.4%-ni təşkil edərək 753.7 mln. manat məbləğində icra edilmişdir ki, bu da 2021-ci illə müqayisədə 147.7 mln. manat və yaxud 24.4% çoxdur.

Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi”ndə əksini tapıb.

Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq, 2022-ci ildə icra edilmiş büdcədənkənar xərclərdə ən yüksək xüsusi çəkiyə 40,6%(306.2 milyon manat) “Qeyri-maliyyə aktivləri” bölməsi sahib olub. Ötən ilə qədər büdcədənkənar xərclərin ən böyük hissəsi əməyin ödənişi xərclərinə yönəldilirdi. Belə ki, 2021-ci ildə əməyin ödənişi xərcləri büdcədənkənar xərclərin 58.4%-ni təşkil edirdisə, 2022-ci ildə bu göstərici ( 305.2 milyon manat) 40.5% -ə bərabər olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər