14 C
Baku
Saturday, November 23, 2024

“Aİ-nin Ermənistandakı missiyasına kəşfiyyatçılar da daxildir”

Qərb üçün əsas məsələ uzunmüddətli perspektivdə Cənubi Qafqazın təhlükəsizliyini və rifahını təmin etmək deyil, Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır.

Bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bu gün Minskdə KTMT-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında deyib.

O, buna Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasını nümunə göstərib.

“Buna misal olaraq Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyası deyilən, lakin hərbçilərin və xüsusi xidmət orqanlarının əməkdaşları da daxil olduğu missiyanı göstərmək olar. Düşünürəm ki, onların həqiqətdə orada nə etdiklərini izah etməyə ehtiyac yoxdur. Bu baxımdan, KTMT missiyasının regiona göndərilməsi ilə bağlı işi davam etdirməyi zəruri hesab edirik”, – Rusiya Müdafiə Nazirliyinin rəhbəri əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər