Bu gün demək olar ki, çoxlarını maraqlandıran suallardan biri də banklardan girov qoyaraq kredit götürməyin mümkün olub-olmamasıdır. Çünki, bəzi kredit əldə etmək istəyən şəxslər banka iş yerindən arayış təqdim edə bilmədiklərinə görə, girov (daşınmaz əmlak) vasitəsilə kreditlərin əldə edilməsiylə maraqlanırlar.
Lakin əhalidə girovla verilən kreditlərlə bağlı yalnış düşüncə var. Kredit almaq istəyənlərin bəziləri fikirləşir ki, əgər daşınmaz əmlaklarını girov qoysalar deməli bank onlara istənilən qədər kredit ayıracaq. Xatırladaq ki, bir müddət öncə də oxuyucularımız üçün bu haqda məqalə hazırlamışdıq. Linkə klik edərək həmin məqalə ilə tanış ola bilərsiniz.
Bu məqalədə isə sizə hazırki vəziyyətdə bankların ümumiyyətlə daşınmaz əmlak girovu ilə kredit verməkdə maraqlı olub-olmamasıdır. Təbii ki, devalvasiyanın əhaliyə vurduğu zərbədən sonra, əksəriyyət yenidən dollarla kredit götürməyə risk etmir. Araşdırmamız göstərir ki, bu gün ölkədə bəzi banklar var ki, heç ümumiyyətlə manatla kredit vermirlər. Həmin banklar ya dolllarla kredit verir, ya da ümumiyyətlə kreditlərin verilməsini dayandırıblar.
Hazırda kreditləşmə bazarında daha çox iki girov növü üzrə kreditləşmə nisbətən aktualdır:
Daşınmaz əmlak girovu ilə kreditlər. Devalvasiyadan əvvəlki müddətdə , daşınmaz əmlak girovu ilə kreditlə kifayət qədər tələbi olan bir məhsul idi. Çünki, bu girov növü ilə əhali daha çox məbləğ kredit götürmək imkanına malik olurdular. Lakin bazarın qeyri stabil inkişafı, hazırda bu istiqamət üzrə kreditləşmənin həcminə ciddi təsir etmişdir. Səbəb isə çox sadədir, əmlak hazırda satılmır və bankların kreditini ödəyə bilməyən çoxlu sayda şəxsin girov qismində qoyduqları əmlakı banklar münasib qiymətə sata bilmirlər. Apardığımız araşdırmanın nəticələrinə əsasən, banklar hazırda bu istiqamət üzrə kreditləşməni təxminən aşağıdakı şərtlər əsasında aparırlar.
Qızıl girovu ilə kreditlər. Devalvasiyadan sonra bu istiqamət üzrə kreditləşmə isə məntiqə uyğun olaraq dahada inkişaf etməli idi. Çünki əmlak bazarına nisbətən qızıl daha likvid girov növü hesab edilir və dünya bazarlarında onun qiymətinin düşməsinə baxmayaraq, ona tələbat kifayət qədər çoxdur. Lombardların bazarı göz qabağındadır- devalvasiyadan qazanan onlar oldu. Bir çox bank müştəriləri məcburən bankların kredit verməsindən və ya daha sərt şərtlə kredit verməsi səbəbindən məhz lombardlara üz tuturlar. Səbəb isə çox sadədir – təşkilat lombard krediti baha faizə sata bilir, bankda isə artıq kredit faizləri limitlər mövcuddur , bu səbəbdən banklar müştəri seçimində daha az riskli şəxslərə kredit verməyə üstünlük verirlər. Əlavə olaraq, lombardlar banklardan fərqli olaraq krediti tez bir zamanda rəsmiləşdirib müştəriyə verirlər. Yenidən mövzumuza qayıdaq, banklar hansı şərtlərlə qızıl girovu ilə kreditlər təklif edirlər?
Göründüyü kimi bazarın dinamikası bir qədər fərqli formada inkişaf edir. Hazırda əvvəl lombard krediti vərən banklar bu tip kreditləşməni tamamilə saxlayıblar. Kredit faizlərinə limitlərin təyin olunan ərəfədə bazarda belə bir söhbət var idi ki, Mərkəzi Bank banklara lombard kreditlərinin verilməsini qadağan edib. Ola bilər hazırki situasiya məhz bu məsələdən qaynaqlanaraq bu formada inkişaf edir və ya buna hər hansı bir başqa səbəb vardır.