10 C
Baku
Thursday, December 12, 2024

Bakı aeroportunda səyahət sənədlərinin yoxlanılması rəqəmsallaşdırılacaq

Türkiyənin “TAV Technologies” şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunda slotların paylanması və səyahət sənədlərinin avtorizasiyası üzrə öz həllərini tətbiq edəcək.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatında bildirilir.

Məlumata görə, hava limanı ilə “TAV Technologies” arasında slotların paylanması və idarə edilməsi proseslərinin daha da təkmilləşdirilməsi haqqında müqavilə imzalanıb. Bundan əlavə, şirkətin TDAS məhsulunun istifadəsi nəticəsində pasport nəzarəti və digər səyahət sənədlərinin yoxlanılması tam avtomatlaşdırılacaq və rəqəmsallaşdırılacaq.

 

 

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər