“Grandmart” supermarketlər şəbəkəsini idarə edən “Grand – Mart” MMC 2022-ci ili 59 101 manat xalis mənfəət ilə başa vurub. 2021-ci ildə MMC-nin mənfəəti 8 776 manat olub ki, bu da illik müqayisədə 6.7 dəfə çox deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Grand – Mart” MMC-nin gəlirləri 64% artaraq 215 milyon 635 min manat təşkil edib.
31 dekabr 2022-ci il tarixində “Grand – Mart” MMC-nin cəmi aktivləri 79 milyon 626 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 33% çoxdur.
Hesabat dövründə şirkətin öhdəlikləri 47 milyon 930 min manatdan 67 milyon 548 min manata, cəmi kapitalı isə 12 milyon 20 min manatdan 12 milyon 79 min manata çatıb.
“Grand – Mart” MMC-nin təsisçiləri “Az Fast Moving Businness” MMC (50%) və “Unitrade Group” MMC-dir (50%). Cəmiyyətin qanuni təmsilçiliyi Məmmədov Ramil Əşrəf oğluna məxsusdur.