10 C
Baku
Wednesday, December 11, 2024

BOKT “İnkişaf üçün Maliyyə”nin mənfəəti və aktivləri böyüyüb

“Oksfam” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı bank olmayan kredit təşkilatı “İnkişaf üçün Maliyyə” MMC (FinDev) 2022-ci ildə xalis mənfəətini artırıb, borclar cəlb edib və kredit portfelini yüksəldib.

Banker.az bu barədə BOKT-nin illik audit hesabatına istinad edir. Audit hesabatını “RSM Azerbaijan” şirkəti aparıb.

Hesabatda qeyd edilir ki, BOKT 2022-ci ildə 2 mln. 396 min manat faiz gəliri əldə edib, 192 min manat faiz xərci çəkib ki, bu da onun xalis faiz gəlirininin 2 mln. 203 min manat olması deməkdir. Faiz gəlirinin artması və xərclərinin azalması BOKT xalis faiz gəlirini illik 31% artmasına səbəb olub.

Təşkilat 1 mln. 949 min manat (2021: 1 mln. 853 min manat) ümumi və inzibati, 224 min manat haqq və komissiya xərcləri çəkib.

Beləliklə, 2022-ci ildə bütün gəlir və xərclər fərqindən 1 mln. 70 min manat xalis mənfəət əldə edib. 2021-ci ildə xalis mənfəəti 244 min manat idi.

Bu xalis mənfəətdən sonra onun illərin yığılmış mənfəəti 5 mln. 779 min manata yüksəlməsinə səbəb olub. Kredit təşkilatı kapital mövqeyininin güclü olmasına rəğmən dividend ayırmağa getməyib.

BORCLAR CƏLB EDİR

2022-ci ildə müddətli borc öhdəliklərini 1 mln 683 min manatdan 1 mln. 126 min manata endirərkən, ölkənin fond bazarına üz tutaraq 1 mln. həcmində istiqraz emissiyasından vəsait cəlb edib. BOKT-in öhdəliklərində 231 min manat icarə öhdəliyi ilə birlikdə cəmi öhdəlikləri 2 mln. 893 min manatdır.

11 yanvar 2023-cü ildə BOKT və “Kapital Bank” ASC arasında illik 13% faiz dərəcəsi ilə 500 min min məbləğində 15 ay müddətinə yeni kredit müqaviləsi imzalanıb.

7 fevral 2023-cü ildə Cəmiyyət və “Paşa Bank” ASC arasında illik 25% faizədək 60,000,000 AZN məbləğində yeni kredit limiti müqaviləsi imzalanmışdır. GL5915 nömrəli kredit limiti müqaviləsinə əsasən, 08 fevral 2023-cü ildə 500 min min məbləğində və 23 may 2023-cü il tarixində 500 min AZN məbləğində illik 12% faiz dərəcəsi ilə 24 ay müddətinə kredit götürülüb.

Hesabat müddətində müştərilərə verilən kreditlərin həcmin 6 mln. 904 min manatdan 8 mln. 828 min manata yüksəlib.

Cəmi aktivlərin həcmi 9 mln. 424 min manat olub.

24234234234 5646516351

Son xəbərlər
Digər xəbərlər