8 C
Baku
Thursday, November 28, 2024

Rabitəbank uşaq evini ziyarət edib – Foto

®Rabitəbank bankın yaranmasının 30 illiyi və Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə silsiləli şəkildə keçirdiyi sosial layihələri davam etdirir. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rabitəbank rəhbərliyi və əməkdaşları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi-nin nümayəndəsi ilə birlikdə Nizami rayonu Rüstəm Rüstəmov küçəsi 66A ünvanında yerləşən 1 nömrəli Uşaq Evi-ni ziyarət edib.

Sözügedən uşaq evində 70-dən çox azyaşlı və məktəbli uşaqlar qalır. Valideyin himayəsindən kənarda qalmış bu uşaqlar gələn qonaqları çox böyük maraqla qarşıladılar. Rabitəbank-ın əməkdaşları tərəfindən təqdim edilən məktəb ləvazimatları və film izləmək üçün xüsusi proyektor cihazı uşaqların sevinc və həyəcanına səbəb oldu. Daha sonra uşaqlar qonaqlar üçün hazırladığı səhnəcikləri, rəqsləri oynayıb, şeir və mahnı oxudular.

Beləcə, bank heyəti uşaq evinin kiçik sakinləri ilə maraqlı zaman keçirdilər. Sonda uşaqlarla birgə xatirə şəkili çəkildi.

Bu tip Korporativ Sosial Məhsuliyyət yönümlü tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyyacı olan təbəqəsinə dəstək olmaq, onlardan diqqət və qayğını əsirgəməməkdir.

Qeyd edək ki, “Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

647893a877ea9647893a877eaa1685623720647893a877ea4647893a877ea6

6478944a739786478944a7397916856238826478944a739736478944a73975

6478945351ce16478945351ce216856238916478945351cde6478945351cdf

6478945c344836478945c3448416856239006478945c344816478945c34482

6478946beca8e6478946beca8f16856239156478946beca896478946beca8b

647894754e15a647894754e15b1685623925647894754e158647894754e159

Son xəbərlər
Digər xəbərlər