Yenidən baxılan dövlət büdcəsi layihəsində dövlət büdcəsinin kəsirinin 210 mln. manat artırılaraq 2789.3 mln. manat olması nəzərdə tutulub.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.
Qeyd edək ki, təqdim edilmiş məlumatlara əsasən, büdcə kəsirin artımının maliyyələşdirilməsinin cüzi hissəsinin özəlləşdirilmədən daxilolmalar olmaqla əsas hissəsinin daxili borclanmadan cəlb olunan vəsait hesabına təmin olunacaq.