10 C
Baku
Wednesday, December 11, 2024

AMB məcburi ehtiyatlar üzrə kredit təşkilatlarına faiz ödəyə biləcək

Azərbaycan Mərkəzi Bankına (AMB) ölkədə makroiqtisadi sabitliyin, maliyyə bazarlarının dayanıqlığının və sabitliyinin təmin olunması məqsədilə saxlanılan məcburi ehtiyatlar üzrə kredit təşkilatlarına faizlər ödəmək hüququnun verilməsi təklif edilir.

Bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, faizlərin ödənilməsi barədə qərarı AMB-nin İdarə Heyəti (İH) qəbul edir. Faizlər qərarda göstərilən müddətdə ödənilir və məcburi ehtiyatlar saxlayan bütün kredit təşkilatlarına şamil edilir.

Bundan başqa, saxlama dövrü ərzində kredit təşkilatı tərəfindən məcburi ehtiyatların hesablanması və yaxud saxlanılması qaydası pozulduqda, AMB saxlama dövründə məcburi ehtiyatların təmin edilməmiş məbləğinə aşağıdakı düsturla saxlama dövründə saxlanılmalı valyutanın emitenti olan mərkəzi bankın orta günlük uçot dərəcəsinin 2 misli, pozuntuya bir təqvim ili ərzində 3 və yaxud daha artıq halda yol verildikdə orta günlük uçot dərəcəsinin 3 misli məbləğində maliyyə sanksiyası tətbiq edir (bütün hallarda uçot dərəcəsi bir faizdən az olduqda maliyyə sanksiyasının hesablanması zamanı uçot dərəcəsi bir faiz kimi nəzərə alınır.).

MənbəReport
Son xəbərlər
Digər xəbərlər