11 C
Baku
Monday, November 25, 2024

Mərkəzi Bank təkrarsığorta ilə bağlı minimum tələblər müəyyən edəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) təkrarsığorta ilə bağlı minimum tələblər müəyyən etməsi təklif olunur.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Sığorta fəaliyyəti haqqında” qanuna əlavə edilməsi təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanuna təklif edilən əlavəyə əsasən, təkrarsığorta zamanı sığorta risklərinin tənzimlənməsi məqsədilə sığortaçının və təkrarsığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətinə və katastrofik risklərin təkrarsığortalanmasına dair minimum tələbləri AMB müəyyən edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər