11 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycanda BOKT-lər ödəniş vasitəçilik xidmətləri ilə məşğul ola biləcək

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) ödəniş vasitəçilik xidmətləri ilə məşğul ola biləcəklər.

Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsində nəzərdə tutulub.

“AMB tərəfindən yaxın zamanlarda bu qanun layihəsi Milli Məclisə təqdim olunacaq”, – deyə T. Kazımov bildirib.

Ölkədə 52 BOKT fəaliyyət göstərir.

Hazırda ödəniş vasitəçilik xidmətləri yalnız bankar və milli poçt operatoru tərəfindən göstərilə bilir.

Qeyd edək ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun qəbulu müxtəlif ödəniş xidmətləri göstərən şirkətlərin rəqabət qabiliyyətini artırmağa, həmçinin onların maliyyə allətlərinə çıxışını genişləndirməyə imkan verəcək. O cümlədən, bu qanunun qəbulu Azərbaycanda açıq bankinqi tətbiq etməyə, həmçinin fintex şirkətlərinə ölkənin ödəniş ekosistemində fəal iştirak etməyə imkan verəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər