17 C
Baku
Saturday, October 5, 2024

İran 7 il sonra Səudiyyə Ərəbistanında diplomatik nümayəndəlik açır

İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin pozulmasından 7 il sonra Tehran krallıqdakı diplomatik ofislərini yenidən açacaq.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.

Kənaninin sözlərinə görə, iyunun 6 və 7-də İranın Ər-Riyaddakı səfirliyi, Ciddədəki baş konsulluğu və ölkənin İslam Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəliyi öz işini bərpa edəcək.

Diplomat əlavə edib ki, səfirlik və baş konsulluq artıq Səudiyyə Ərəbistanında iranlı zəvvarların vəziyyətini yüngülləşdirən məsələləri həll etməyə başlayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər