10 C
Baku
Thursday, December 12, 2024

Nüfuzlu “JP Morgan” Türkiyədə faizlərin 25.00%-a qaldırılmasının “masa üzərində” olduğunu deyir

“JP Morgan” bankının iqtisadçıları bazar ertəsi günü bildiriblər ki, Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsinin hazırkı 8.5%-dən 25%-ə yüksəldilməsi Türkiyənin Pul Siyasəti Komitəsinin iyunun 22-də keçiriləcək iclasında müzakirə edə bilər.

Banker.az xəbər verir ki, Vall-Strit bankının analitiki notunda deyib ki, faiz dərəcəsinin cari 8,5% səviyyəsindən 25%-ə yüksəldilməsi iyunun 22-i və ya daha əvvəl nəzərdə tutulub. “İlin sonuna siyasət dərəcəsi proqnozumuzu 30% səviyyəsində saxlayırıq.”

İki rəqəmli və yüksək inflyasiyaya rəğmən faiz dərəcələrinin aşağı salınması kimi illərlə davam edən qeyri-ənənəvi siyasətlər Türkiyəyə dair investorların fikirlərinə təsir etməkdədir. Eləcə də keçən ayın sonunda “yüksək faiz, yüksək inflyasiya” siyasətini dəstəkləyən Prezident Tayyib Ərdoğanın yenidən seçilməsi ardından lirə üçün əlavə təzyiq yaradıb.

Lakin Mehmet Şimşək Türkiyənin xəzinə və maliyyə naziri kimi təyin edilməsi ardından monetar siyasətdə dəyişiklik üçün nikbinlik yaranıb.

Bu qədər yüksək pul siyasəti ölkədə 2 dekada öncə baş verib. Türkiyədə sonuncu dəfə 25.00%-lik uçot faiz dərəcəsi siyasəti 2003-2004-cü illərdə baş verib.

“Goldman Sachs” isə bildirib ki, Türkiyə valyutasının3, 6 və 12 ayda müvafiq olaraq dollara nisbətdə 23.00, 25.00 və 28.00 lirəyə kimi zəifləyəcəyini gözlədiyini bildirib. Öncəki proqnozunda bu 19.00, 21.00 və 22.00 lirə idi.

Sonuncu dəfə məzənnəni qorumaq üçün uçot faiz dərəcəsini isə 2018-ci ilin oktyabrından 2019-cu ilin iyununa qədə 24.00%-də saxlamışdı və sonradan Türkiyə Mərkəzi Bankı faizləri sərt enişlə aşağı doğru apardı və bu da milli valyutanı rəqibləri qarşısında tarixi minimumlara saldı.

2000-ci illərdə ölkədə uçot faiz dərəcəsi 150%-ə qədər qaldırılıb.

Qeyd edək ki, ötən gün Bloomberg açıqlamasında Türkiyə Mərkəzi Bankının sədri Hafize Gaye Erkanın olacağı bildirilib. Ölkənin ənənəvi iqtisadi siyasətini dəstəkləyən Mehmet Şimşek isə xəzinə və maliyyə naziri təyin edilib.

area chart of Turkey Policy Rate from June 1996 to April 2023

Son xəbərlər
Digər xəbərlər