Son üç gün ərzində Ukrayna silahlı qüvvələri əks-hücum əməliyyatı keçirməyə çalışır.
Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat verib.
Nazir hücumun dəf edilməsi zamanı 71 rus hərbçisinin öldüyünü, 210 hərbçinin isə yaralandığını açıqlayıb.
“İyunun 4-də Ukrayna Silahlı Qüvvələrinin 23 və 31-ci motoatıcı briqadalarının qüvvələri beş istiqamətdə hücuma cəhd edib”, – Şoyqu əlavə edib.