2023-cü ilin yanvar-aprel ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 43 bazar subyektinin bir sıra mal və yaxud xidmətlərin reklamı zamanı reklam qanunvericiliyinin tələblərini pozduğunu müəyyən edib.
Dövlət Xidmətindən bildirilib ki, aşkar edilmiş pozuntular barədə məlumatlandırılan bazar subyektləri tərəfindən pozuntular könüllü şəkildə aradan qaldırılıb.