10 C
Baku
Thursday, December 12, 2024

Dövlət Xidməti torpaq mübahisəsinə görə “Bakı Pambıq Əyirmə”ni məhkəməyə verib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Bakı Pambıq Əyirmə” ASC-ni məhkəməyə verib.

Banker.az-ın məlumatına görə, Əmlak Məsələləri Dövlət Xidməti torpaq mübahisələri ilə bağlı tələb irəli sürüb.

İddia hakim İlham Əhmədovun sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Bakı Pambıq Əyirmə” ASC 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 3 069 194 manatdır və qanuni təmsilçisi İlqar Kazımovdur.

Son xəbərlər
Digər xəbərlər