13 C
Baku
Saturday, November 23, 2024

“UBS” “Credit Suisse”nin alışını başa çatdırıb

İsveçrənin “UBS” bankı “Credit Suisse”nin alışının başa çatdığını elan edib. Press-relizdə deyilir ki, birləşmiş şirkətlər konsolidasiya edilmiş bank qrupu kimi fəaliyyət göstərəcək, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“UBS Group AG” iki ana bankı – “UBS AG” və “Credit Suisse AG”ni idarə edəcək. Hər bir qurum törəmə şirkətlərini və filiallarını saxlayacaq, həmçinin öz müştərilərinə xidmət göstərməyə və qarşı tərəflərlə işləməyə davam edəcək. “UBS Group AG”nin direktorlar şurası və idarə heyəti konsolidasiya edilmiş qrup üçün ümumi məsuliyyət daşıyacaq.

“UBS” və “Credit Suisse” mart ayında birləşmə prosesinə başlayıb. Sövdələşmə “UBS”i dağılmaqdan xilas etmək üçün “Credit Suisse”i almağa inandıran İsveçrə səlahiyyətlilərinin birbaşa iştirakı ilə baş verib. Mayın sonunda Avropa Komissiyası “UBS” və “Credit Suisse”nin birləşməsini təsdiqləyib.

Son xəbərlər
Digər xəbərlər