7 C
Baku
Sunday, December 15, 2024

“Fintrend” BOKT zərərdən mənfəətə keçib

“Fintrend” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 413 min manat mənfəətlə başa vurub. Halbuki, 2021-ci ilin BOKT 159 min manat zərərlə bağlamışdır.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “FinTrend” BOKT-un faiz gəlirləri 1 milyon 165 min manat (əvvəlki ilə nisbətən 9 dəfə çox), faiz xərcləri 779 min manat (25 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Fintrend”in aktivləri 18 milyon 855 min manat olub ki, bu da 2021-ci ilin sonuna nisbətən 22.4 dəfə çoxdur. Bunun 18 milyon 2 min manatı müştərilərə verilmiş xalis kreditlərdir.

Hesabat tarixinə “Fintrend”in öhdəlikləri 18 milyon 123 min manat, balans kapitalı isə 732 min manat təşkil edib.

Xatırladaq ki, “Fintrend” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 525 min manatdır.

f1 f2

 

Son xəbərlər
Digər xəbərlər