16 C
Baku
Wednesday, October 30, 2024

Xüsusi notariuslar nə qədər vergi ödəməlidirlər?

“Notariat haqqında” Qanuna uyğun olaraq notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün xüsusi notariuslar Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarında uçota alınmalıdırlar.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, mövzunu şərh edən hüquqşünas Sirac Piriyevin sözlərinə görə, xüsusi notariuslar tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir.

S.Piriyev qeyd edib ki, Vergi Məcəlləsinin 99.3.10-cu maddəsinə görə, həmin haqlar qeyri-sahibkarlıq fəaliyyətindən gəlirdir və 10 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Son xəbərlər
Digər xəbərlər