3 C
Baku
Saturday, December 14, 2024

27 milyard dollar xərcləmişik, Azərbaycan bizim bu sahəyə xərclədiyimiz pulun bir hissəsini sərmayə olaraq öz üzərinə götürsün

Azərbaycan böyük təbii sərvətlərə – neftə, qaza malikdir.

Banker.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat bəyanatı zamanı deyib.

“Bizim təbii ki, bu sahədə sıxıntımız var. Çox bahalı idxala bağlı ölkəyik. Bizim üçün bu çox baha başa gəlir. Biz bunun öhdəsindən gələ bilmirik, çünki müxtəlif çağırışlarla üz-üzəyik. İdxal olunan inflyasiya, Ukrayna müharibəsi ilə bağlı neftin qiymətinin artması və digər bütün çağırışlar bizim ölkənin üzərində böyük təzyiq yaradır. Təsəvvür edin ki, ötən il biz enerjiyə 27 milyard ABŞ dolları pul xərcləmişik. Biz Azərbaycanla eyni zamanda neft-kimya sahəsində əməkdaşlıq etmək istəyirik”, – Pakistan Baş naziri deyib.

Şahbaz Şərif Səudiyyə Ərəbistanının “Aramco” şirkəti ilə danışıqlar apardıqlarını qeyd edib: “Biz çox şad olarıq ki, Azərbaycan da bu məsələyə qoşulsun və bizim həmin bu sahəyə xərclədiyimiz pulun bir hissəsini sərmayə olaraq öz üzərinə götürsün. Bizim günəş enerjisi sahəsində potensialımız var. Biz arzularımızı gərgin əmək sahəsində həyata keçirə bilsək, inandırım sizi ki, əziz qardaşım, çox bahalı olan neft idxalı xərclərini günəş enerjisi vasitəsilə mübadilə edə bilərik. Hətta biz bu enerjini ixrac edə bilərik. Bir neçə ilə ərzində addım-addım irəliləyərək bunu mümkün edə bilərik. Bizim portfelimiz 10000 meqavata bərabərdir.

Sizi də bu istiqamətdə bizimlə işləməyə dəvət edirəm. Siz də bu məsələyə çox müsbət rəy verdiniz ki, bu sahədə Azərbaycan iştirak edə, sərmayə qoya bilər. Biz də hər cür dəstək göstərməyə hazırıq ki, Azərbaycan bu sahəyə daxil olsun”.

Son xəbərlər
Digər xəbərlər