13 C
Baku
Saturday, November 23, 2024

ABŞ-nin dövlət borcu yeni rekorda imza atıb

ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə olaraq 32 trilyon dollar həddini keçib.

Bunu ABŞ Maliyyə Nazirliyinin dərc olunmuş məlumatları sübut edir.

“Ümumi ödənilməmiş dövlət borcu 32 trilyon 39 milyard 244 milyon dollardır”, – məlumatda deyilir.

ABŞ-ın dövlət borcunun əvvəlki səviyyəsi 31,95 trilyon dollar səviyyəsində qiymətləndirilir.

2022-ci ilin sonunda ölkənin dövlət borcu rekord həddə – 31,42 trilyon dollara çatıb. İkinci yeri 9,59 trilyon dollar borcu ilə Yaponiya, üçüncü yeri isə 3,75 trilyon dollarla Çin tutub.

Bundan əvvəl “The Economist” ABŞ hökumətinin borcunu qlobal iqtisadiyyat üçün təhlükə adlandırıb. Məqalədə qeyd edilir ki, defolt dünyanın ən mühüm maliyyə sisteminə inamı sarsıdacaq, büdcənin ciddi şəkildə kəsilməsi isə dərin resessiyaya səbəb olacaq.

Son xəbərlər
Digər xəbərlər