11 C
Baku
Monday, November 18, 2024

Azərbaycan Mərkəzi Bankı ilin dördüncü faiz qərarını verir – Daha bir 25 baza bəndlik artım?

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu həftənin çərşənbə günü uçot faiz dərəcəsinə dair 2023-cü ilin dördüncü iclasını keçirəcək.

Banker.az xəbər verir ki, AMB-nin bu iclası plan üzrə press-reliz kimi 21 iyun tarixində yayımlanacaq.

AMB cari ilin ilk üç iclasının hər birində uçot faiz dərəcəsini 25 baza bəndi artırıb. Bu, uçot faiz dərəcəsini ümumilikdə 75 baza bəndi=0.75 faiz bəndi artırıb. İlin əvvəlində 8.25% ilə başlayan uçot faiz dərəcəsi 9.00%-a çatıb.

Mərkəzi Bankın effektsiz monetar aləti formal olaraq hər il artırılıb-azaldılsa da, bunun ölkənin pul-kredit siyasətinə təsiri qənaətbəxş olmayıb. Son iclasda AMB-nin 39 yaşlı sədri uçot faiz dərəcəsinin iqtisadiyyata təsirinin gücləndirilməsi yolunda əllərində olan bütün alətlərdən istifadə edəcəyini bildirmişdi.

Bununla belə, Mərkəzi Bankın kreditlə bağlı sorğularında biznes kreditlərinə inflyasiya və uçot siyasətinin təsirindən bəhs edilir.

Mayın 3-dəki iclasda Mərkəzi Bankın pul siyasəti ilə bağlı növbəti qərarlarını faktiki və gözlənilən inflyasiyanın dinamikasının hədəfdən yayınma səviyyəsi, daxili və xarici inflyasiya risklərini nəzərə almaqla qəbul edəcəyi bildirilib.

İnflyasiya mühitindəki risklərə reaksiya olaraq Mərkəzi Bank monetar şərait vasitəsilə inflyasiyanı bundan sonra da məhdudlaşdırmağa çalışacağnda israr edir.

BƏS İNFLYASİYANIN DURUMU NECƏDİR?

2023-cü ilin mayında Azərbaycanda inflyasiya 2022-ci ilin sentyabrındakı pik həddən 0.8 faiz bəndi geri çəkilərək 13.1%-ə düşüb. May ayında aylıq 0.4%-lik deflyasiya (qiymətlərin düşməsi) qeydə alınıb. Burada təsiredici amil kimi mövsümi və eləcə də xaricdən idxal edilən bir sıra məhsulları göstərmək olar. Məsələn, may ayında aylıq müqayisədə deflyasiya yalnız ərzaq məhsullarında olub. Lakin hökumət orta illik inflyasiya proqnozunu büdcə dəyişikliyində də 6.9%-dən 10.4%-ə qədər yüksəldib.

Dövlət büdcəsinə dair Milli Məclisdəki iclaslarda Taleh Kazımov və komandasının “çox narahat” olduğu məsələ inflyasiyadır. Sədr bildirib ki, illik inflyasiya proqnozları yanvardakı 7.9%-dən 8.3%-ə qaldırılıb.

Banker.az analitikləri hazırkı monetar şəraitdə AMB-nin 21 iyun iclasında ən azı 0.25 faiz (25 baza bəndi) faiz artımına gedəcəyini və ilin ikinci yarısından gözləmə mövqeyi tutacağını proqnoz edir.

Xatırladaq ki, ABŞ Federal Ehtiyat Sistemi son 14 iyun iclasında uçot faiz dərəcəsini 5.25%-də sabit saxladı. Amma FED bundan sonra faiz artımı rallisini dayandırdığını da demədi.

Azərbaycanın əsas ticarət tərəfdaşı Avrozonada yüksək inflyasiya şəraitində olduğu üçün növbəti iclaslarda faiz artımlarını labüd edir. Avropa Mərkəzi Bankı 15 iyun iclasında uçot faiz dərəcəsini 0.25 faiz bəndi artımla 4.00%-ə qaldırdı.

İri neft istehsalçısı Kanadanın mərkəzi bankı gözlənilmədən uçot faiz dərəcəsini 0.25 faiz bəndi artımla 4.75%-ə qaldırdı.

2uq

Son xəbərlər
Digər xəbərlər