3 C
Baku
Saturday, December 14, 2024

Almaniya əhalisi son 30 ildə ilk dəfə 1 milyon artıb

Almaniyanın əhalisi 2022-ci ildə 1,3% və ya 1 milyon nəfərdən çox artıb.

Bu barədə ölkənin Federal Statistika İdarəsi məlumat yayıb.

Bildirilir ki, artım əsasən Ukraynadan gələn miqrantların hesabına baş verib. “Bloomberg” agnetliyi qeyd edir ki , Almaniya əhalisinin belə artım dinamikası son 30 ildə ilk dəfə qeydə alınıb.

2022-ci ilin sonunda Almaniyada 84,4 milyon insan, o cümlədən 12,3 milyon əcnəbi yaşayırdı. Xarici vətəndaşların xüsusi çəkisi əvvəlki illə müqayisədə 13,1%-dən 14,6%-ə yüksəlib. Eyni zamanda, ölüm səviyyəsinin artması səbəbindən Almaniya vətəndaşlarının sayı 0,4% və ya 309 min nəfər azalıb.

Əcnəbilərin əksəriyyəti Türkiyə (1,34 milyon), Ukrayna (1,05 milyon) və ya Suriya (883 min) vətəndaşıdır. 2022-ci ildə ən çox miqrant Ukraynadan gəlib – 915 min nəfər. İlin sonuna qədər Almaniyada yaşayan ukraynalıların sayı ilin əvvəlindəki rəqəmlərlə müqayisədə altı dəfə artıb.

Son xəbərlər
Digər xəbərlər