3 C
Baku
Saturday, December 14, 2024

AMB rəsmisi: “Elektron pul bazarında əməliyyatların məbləği ilə bağlı dəqiq statistika aparılmır”

Bu gün Azərbaycanda elektron pul bazarında əməliyyatların məbləği ilə bağlı dəqiq statistika aparılmır.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Rəşad Orucov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Elektron pul bazarındakı oyunçuların apardıqları əməliyyatların məbləği ilə bağlı dəqiq statistika apara bilmirik. Yəqin ki, xüsusilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun qəbulundan sonra bu statistika dəqiq olacaq”, – deyə o qeyd edib.

AMB rəsmisi onu da deyib ki, bu sahəyə böyük maraq var və aktiv istifadəçilərin sayı daima artır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər