9 C
Baku
Sunday, December 22, 2024

Dövlət satınalmalarında pozuntu hallarının çox olmasının əsas səbəbi açıqlanıb

Son 10 ildə müəyyən etdiyimiz pozuntular içərisində dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinin və tətbiqi ilə bağlı pozuntuların həcmi, sayı kifayət qədər böyükdür.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Bu sahədə kifayət qədər böyük pozuntunun olmasının səbəblərindən biri də ölkədə kənar dövlət maliyyə nəzarəti orqanı funksiyasını həyata keçirən orqan Hesablama Palatası olduğu halda, bu işdə real olaraq daxili dövlət nəzarət orqanının funksiyasını tam şəkildə öz üzərinə götürüb fəaliyyət göstərən bir qurumun olmamasıdır. Bu qanunla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qeydiyyatdan nəzarətə keçir”, – deyə Vüqar Gülməmmədov vurğulayıb.

Hesablama Palatasının sədri qeyd edib ki, “Dövlət satınalmaları haqqında” yeni qanunun qəbulundan sonra bütün qurumlarının uçot siyasəti kimi dövlət satınalmaları sahəsində də öz siyasəti olmalıdır: “Planlaşma mərhələsi həm nəzarət tədbirində, həm satınalma mərhələsində ən vacib mərhələlərdən biridir. Bütün dövlət qurumları özünün dövlət satınalmaları ilə bağlı siyasətində dəyişiklik etməlidir. Siyasət qurulmalıdır ki, hansı işləri görəcək, hansı alışları edəcək”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər