7 C
Baku
Friday, November 29, 2024

Rusiyaya qarşı 11-ci sanksiya paketinin hansı sahələri əhatə etdiyi məlum olub

Rusiya Federasiyasına dəstək verdiyi üçün Ermənistan, İran, Çin, BƏƏ, Suriya, Özbəkistan şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq olunub.

Bu barədə Avropa İttifaqının Rusiyaya qarşı təsdiqlədiyi 11-ci sanksiyalar paketində qeyd olunub.

Bundan əlavə sanskiya paketinə Tsargrad, RT Balkan, Oriental Review, New Eastern Outlook və Katehon daxil olmaqla, Rusiya Federasiyasını dəstəkləyən 87 şirkətə qarşı məhdudiyyətlərin tətbiq olunması, üçüncü ölkələrə qarşı məhdudiyyətlərin tətbiqinə imkan verəcək “sanksiyalardan yayınma ilə mübarizə” mexanizmi, “Drujba” neft kəmərinin şimal qolundan Almaniya və Polşaya neft nəqlinin qadağan edilməsi, Rusiyadan qoşqu və yarımqoşquların ölkəyə girişinə qadağa kimi.məhdudiyyətlər öz əksini tapıb.

Aİ-nin 11-ci sanskiya paketində həmçinin Rusiya ərazisindən tranzit keçməsi qadağan edilən yüksək texnologiyalı və hərbi malların siyahısının genişləndirilməsi, elektrik komponentlərinin, yarımkeçiricilərin, optik komponentlərin, naviqasiya cihazlarının və bir sıra metalların Rusiya Federasiyasına ixracının qadağan edilməsi, hərbçilər, jurnalistlər və iş adamları da daxil olmaqla 100-dən çox rusiyalıya qarşı sanksiyalar, Rusiya silahlarının yüksək texnologiyalı komponentlərinin 15 kateqoriyasına ixrac məhdudiyyətləri, Xəzər Borukəməri Konsorsiomunun saxlanmasını təmin etmək üçün ixrac qadağalarından azadolmalar, mühərrikinin həcmi 1,9 litrdən çox olan yeni və işlənmiş avtomobillərin, həmçinin elektromobillərin və hibridlərin Rusiyaya tədarükünə,
hər hansı bir ölkədən polad və dəmirin, istehsalənda Rusiya resurslarından istifadə edildiyi təqdirdə idxalına qadağa yer alıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər