10 C
Baku
Friday, December 13, 2024

İş adamı Yaqub Hüseynovun şirkətinin xalis mənfəəti 3 dəfə artıb

Bridge Şirkətlər Qrupuna yaxın olan iş adamı Yaqub Hüseynova məxsus “Global Interiors Group” MMC (GIG) 2021-ci il üzrə 1 mln. 412 min manat həcmində xalis mənfəət əldə edibmiş.

Banker.az-ın əldə etdiyi audit hesabatına görə, tikinti, interyer dizayn və mebel sahəsi üzrə ixtisaslaşan şirkət 2020-ci ildə 499 min manatdan çox xalis mənfəət əldə etmişdi.

GIG-nin gəlirləri illik müqayisədə 8% artaraq hesabat ilində 14 mln. 781 min manat, satışın maya dəyəri 29% azalaraq 6 mln. 668 min manat həcmində olub ki, bu da şirkətin ümumi mənfəətinin 8 mln. 113 min manat olması deməkdir.

1 yanvar 2022-ci il tarixinə Yaqub Hüseynovun bu biznesinin balansında bölüşdürülməmiş mənfəət 3 mln. 333 min manata yüksəlib. Şirkətin rəsmi nizamnamə kapitalı cəmi 20.00 manat təşkil edir.

Xatırladaq ki, “Global Interiors Group” MMC 2002-ci ildə iş adamı Yaqub Hüseynov Valeh oğlu (20 manat nizamnamə kapitalı, 100% payla) tərəfindən təsis edilib. Şirkət “Bridge Group of Companies” MMC-yə daxildir.

5 1

1 4 3 2 2 6

Son xəbərlər
Digər xəbərlər