“İyunun 24-də, hadisələr başlayandan mənim birbaşa göstərişimlə çoxlu qan tökülməsin deyə addımlar atıldı. Bu, o cümlədən səhvə yol vermiş şəxslərə fikirlərini dəyişmək şansı vermək, onların hərəkətlərinin cəmiyyət tərəfindən qətiyyətlə rədd edildiyini bildirmək və Rusiya üçün hansı faciəli, dağıdıcı nəticələrə gətirib çıxaracağını aydınlaşdırmaq üçün idi”.
Bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.
Putin “Vaqnerçi”lərə verdiyi vədi yerinə yetirəcəyinə söz verib: “Bu gün sizin Müdafiə Nazirliyi və ya digər hüquq-mühafizə orqanları ilə müqavilə bağlayaraq Rusiyaya xidmətinizi davam etdirmək və ya ailənizin və dostlarınızın yanına qayıtmaq imkanınız var. İstəyən Belarusa gedə bilər. Verdiyim söz yerinə yetiriləcək. Yenə deyirəm, seçim sənindir, amma əminəm ki, bu, faciəvi səhvini başa düşən rus əsgərlərinin seçimi olacaq”
Onun sözlərinə görə, qiyamın təşkilatçıları xarici təhdidlər qarşısında ölkədə parçalanmaya səbəb olan cinayət əməllərinə əl atıblar:
“Biz bilirdik və bilirik ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin döyüşçülərinin və komandirlərinin böyük əksəriyyəti həm də vətənini sevənlərdir. Onlar bunu döyüş meydanında göstərdikləri şücaətlə sübut etdilər. Onlardan ölkənin gələcəyi üçün birgə döyüşən silahdaşlarına qarşı istifadə etməyə çalışırdılar”, – deyə prezident bildirib.