Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında ABŞ-da baş tutan danışıqlar ikitərəfli formatda davam edəcək.
Görüşlərin ikinci raundu çərçivəsində sülh sazişi layihəsi müzakirə ediləcək.
Bakı saatı ilə18:00-dan sonra başlayacaq görüş Virciniya ştatının Arlinqton şəhərində, Corc P. Shultz Milli Xarici Əlaqələr Tədris Mərkəzində baş tutacaq. Danışıqlar iyunun 29-a qədər davam edəcək.
Xatırladaq ki, ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri, həmçinin ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş olub.