11 C
Baku
Monday, November 25, 2024

Azərbaycan kapitalı ilə bu il Özbəkistanda 22 şirkət yaradılıb

Azərbaycan və Türkiyə Özbəkistanda yaradılan yeni şirkətlərin sayına görə ilk 10-luğa daxil olub.

Bu barədə Birlik Geosiyasi Araşdırmalar Mərkəzi məlumat yayıb.

Özbəkistan Statistika Agentliyinin məlumatına görə, 2023-cü ilin 5 ayında ölkədə xarici kapitalın iştirakı ilə 1279 müəssisə yaradılıb. Yeni yaradılan şirkətlərin sayına görə Rusiya (376) siyahıya başçılıq edir, Çin (245) və Türkiyə (121) ikinci və üçüncü yerdədir.

Növbəti yerləri Qazaxıstan, Cənubi Koreya, Tacikistan, Qırğızıstan, Türkmənistan, Azərbaycan, ABŞ və Almaniya tutur. Azərbaycan kapitalı ilə bu ilin ilk 5 ayında Özbəkistanda 22 şirkət yaradılıb.

Son xəbərlər
Digər xəbərlər