10 C
Baku
Saturday, November 23, 2024

Finlandiya Rusiyaya qoşun yeritmək üçün dəmir yolunu yeniləyəcək

Finlandiya NATO qoşunlarının Rusiyaya sürətlə yerləşdirilməsi üçün dəmir yolunu yeniləyəcək.

Bu  Rusiya ilə münaqişə vəziyyətində Finlandiya və İsveçə NATO avadanlıqlarını sürətlə ötürməyə imkan verəcək.

Qeyd edilir ki, 2022-ci ilin fevralına qədər dəmir yolunun modernləşdirilməsi mənasız idi, lakin Ukraynada münaqişə başlayandan bəri  “hər şey dəyişdi”.

Finlandiya Müdafiə Qüvvələrinin məlumatına görə , bundan əvvəl Finlandiya NATO-ya hərbi inteqrasiya haqqında bəyannamənin imzalandığını elan edib .

Bəyannamənin imzalanması mərasimi Finlandiya Prezidenti Sauli Niinistö-nin iştirakı ilə baş tutub.

Qeyd olunur ki, formal mərhələ başa çatsa da, prosesin bağlanmasından sonra NATO ilə hərbi inteqrasiya uzun illər davam edəcək.

Finlandiya prezidenti Sauli Niinistö bildirib ki, ölkə Şimali Atlantika Alyansının bir hissəsi olmaqla öz tarixində yeni dövrə qədəm qoyub.

Son xəbərlər
Digər xəbərlər