NATO-nun baş katibi Yens Stoltenberq daha bir il vəzifəsində qalacaq. NATO üzvlərinin onun mandatını 4 iyul 2023-cü il çərşənbə axşamı yeniləyəcəyi gözlənilir.
Bu barədə “Reuters“ anonimlik şərti ilə məlumat verən dörd diplomata istinadən məlumat yayıb. Stoltenberq 2023-cü ilin sentyabrında istefa verməli idi. Hələ fevral ayında o, müqaviləsini yeniləmək istəmədiyini bildirsə də, NATO üzvləri növbəti baş katiblə bağlı konsensusa gələ bilməyəndən sonra ondan razılıq istəyiblər.