6 C
Baku
Sunday, December 15, 2024

Bakı Fond Birjasında əməliyyatların həcmi azalıb

Bakı Fond Birjasında 2023-cü ilin yanvar-iyun ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 7,793,468,091 manat təşkil edib ki, bu da illik müqayisədə 2% azalma deməkdir.

Banker.az bu barədə BFB-yə istinadən xəbər verir.

Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızların ilkin bazarı üzrə ticarət həcmində 16%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 54% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 32% artım olub.

O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 10 dəfə artım qeydə alınıb.

2023-cü ilin iyun ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası
4,848,500,254 manat təşkil etmiş və ötən ilin son ticarət günü ilə müqayisədə 18% böyümə qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər