1 C
Baku
Saturday, December 14, 2024

Sabiq rəisə nazirlikdə yeni vəzifə verildi

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Azad Cəfərliyə Kənd Təsərrüfatı Nazirliyinə yüksək vəzifə verilib.

A.Cəfərli nazirliyin aparat rəhbəri təyin edilib.

Qeyd edək ki, Azad Cəfərli 3 il Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi işləyib.

Xidmətin ondan əvvəlki rəisi hazırda həbsdə olan Zakir Sultanov olub.

A.Cəfərli bu ilin mart ayında Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər