Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Gədəbəy rayonu, Slavyanka kəndində fəaliyyət göstərən Yusifova Nüşabə İbrahim qızına məxsus “Öz Elim” əmtəə nişanlı alkoqolsuz içki (limonad) istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı sanitar norma və qaydaların, eləcə də qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.