“Meta” korporasiyasını yaratdığı və “Twitter”in analoqu adlandıdığı “Threads” tətbiqi artıq yükləmə üçün əlçatan olub, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.
İlk olaraq qeyd edək ki, sosial şəbəkəyə giriş həqiqətən də “Instagram” hesabı vasitəsilə baş verir.
- “Instagram” səhifənizə daxil olaraq, sağ yuxarı küncdə menyuda “Threads” bölməsini seçin.
2. Daha sonra açılan pəncərədə “Get Threads” düyməsini sıxın.
3. “Get Threads” düyməsini sıxdıqdan sonra siz avtomatik olaraq “App Store” və ya “Play Market”ə keçid edəcəksiniz. Oraya keçid edərək, “Threads” proqramını yükləyin.
4. Növbəti mərhələdə sizə “Instagram”da olan bütün foto və videoları “Threads” sosial şəbəkəsinə köçürmək təklif olunacaq. Sağ yuxarı küncdə yer alan “Skip” düyməsini sıxmaqla növbəti mərhələyə keçid edə bilərsiniz.
5. Daha sonra hesabınızın açıq və ya qapalı olduğunu seçin.
6. “Next” düyməsini sıxdıqdan sonra “Instagram”dakı dost siyahınızdan “Threads” sosial şəbəkəsində izləmək istədiyiniz insanları seçin. Əgər hələ bunu etmək istəmirsinizsə, sağ yuxarı küncdə “Next” düyməsini sıxın.
7. Bu mərhələdə sosial şəbəkənin iş prinsipi ilə tanış ola bilərsiniz.
8. “Join Threads” düyməsini sıxaraq, qeydiyyatı tamamlayın. Qeyd edək ki, sosial şəbəkənin interfeysi “Twitter”in interfeysini təkrar edir.
Postların oxunuş sayı ilə bağlı hələki heç bir məhdudiyyət yoxdur.