11 C
Baku
Tuesday, November 5, 2024

Cek Dorsinin “Bluesky” sosial şəbəkəsi $8 mln. cəlb edib

Cek Dorsinin “Bluesky” sosial şəbəkəsi inkişafı üçün 8 milyon dollar cəlb edib, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir. İnvestisiya raunduna “Neo” şirkəti, o cümlədən digər investorlar – “Kubernetes”in tərtibatçısı Co Beda, “Red Hat”ın həmtəsisçisi Bob Yanq, “Replit”in yaradıcısı Amjad Masad və başqaları rəhbərlik edib.

Cəlb edilmiş məbləğ “Bluesky” komandasının genişləndirilməsinə, əməliyyat və infrastruktur xərclərinə və sosial şəbəkənin fəaliyyət göstərdiyi AT protokolunun inkişafının dəstəklənməsinə yönəldiləcək.

Bundan əlavə, Bluesky ilk ödənişli funksiyanı təqdim edib: sosial şəbəkə istifadəçilərə öz şəxsi domenlərini ad kimi göstərmək imkanını əlavə edib, lakin bunun üçün DNS ayarlarını dəyişdirməyi bacarmaq tələb olunur.

“Bluesky” – Cek Dorsinin həmtəsisçisi olduğu sosial şəbəkədir. Layihə 2019-cu ildə “Twitter”in dəstəyi ilə yaranıb və 2021-ci ildə müstəqil olub. Dorsi “Twitter”dən ayrıldıqdan sonra şirkətə idarə heyətinin üzvü kimi qatılıb. “Bluesky” platformasında yalnız dəvət aldıqdan sonra qeydiyyatdan keçmək mümkündür. Hazırda sosial şəbəkənin 100 mindən çox istifadəçisi var.

İyulun 1-də “Twitter” günlük postların oxunuşuna məhdudiyyət qoyub: mavi işarəsi olan abunəçilər üçün 10 000, adi istifadəçilər üçün 1000, yeni qeydiyyatdan keçmiş istifadəçilər üçün isə 500 tvit. Bunun fonunda insanların “axını” səbəbindən sosial şəbəkədə “texniki problemlər” yaranıb. İyulun 3-də qeydiyyatdan keçmək imkanı geri qaytarılıb.

Son xəbərlər
Digər xəbərlər