13 C
Baku
Friday, May 10, 2024

Aqrar Sığorta Fondu zərərdən mənfəətə keçib

Aqrar Sığorta Fondu 2022-ci ildə 2 milyon 586 min manat mənfəət edib. Halbuki, 2021-ci ildə 1 milyon 308 min manat zərər etmişdir.

Banker.az bu barədə Aqrar Sığorta Fondunun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il Aqrar Sığorta Fondunun birbaşa sığorta üzrə haqları 13 milyon 739 min manat (əvvəlki ilə nisbətən 21.5% çox) təşkil edib.

2022-ci ildə Fondun aktivləri 22 milyon 95 min manat, cəmi öhdəlikləri 13 milyon 275 min manat, cəmi kapitalı isə 8 milyon 820 min manat, nizamnamə kapitalı 9 milyon manat təşkil edib.

Qeyd edək ki,  Aqrar Sığorta Fondu ölkə prezidentinin 19 avqust 2019-cu il tarixli fərmanına əsasən yaradılıb.

a1 a2

Son xəbərlər
 ⁠
Digər xəbərlər