21 C
Baku
Thursday, October 17, 2024

Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni təyinat

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında kadr təyinatı olub.

Banker.az-ın məlumatına görə, Nərmin Qəniyeva Azərbaycan Sahibkarlar Konfederasiyasında Baş katibin müavini, Sahibkarlarla iş şöbəsinin rəhbəri təyin olunub.

O, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində İdarə Heyəti sədrinin müşaviri, Azərbaycan Banklar Assosiasiyasında Layihələr üzrə direktor, Azərbaycan Risk Peşəkarları Assosiasiyasında İcraçı direktor, “ARPA Consulting” MMC-də direktor vəzifələrdə çalışıb.

Məlumat üçün bildirək ki, Nərmin Qəniyeva “Üçüncü Bahar” yaşlılara dəstək ictimai birliyinin həmtəsiçisi və İdarə Heyətinin sədri vəzifəsini daşıyır.

O, Qərb Universitetində Siyasi Elmlər, Politologiya üzrə məzundur. Beynəlxalq Əmək Təşkilatının rəsmi təlimçisi, bizneslərin inkişafında mentor və konsultant fəaliyyəti ilə məşğuldur.

 

Son xəbərlər
Digər xəbərlər