9 C
Baku
Thursday, December 12, 2024

“Qırmızı körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsinin inşasına başlanılıb

“Qırmızı körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsinin inşasına başlanılıb.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanunun icrası ilə bağlı bu ilin 6 ayında görülən tədbirlərə dair keçirilən mətbuat konfransında deyib.

AQTA sədri söyləyib ki, qida və yem məhsullarının yeni idxal qaydaları hazırlanıb. Təsdiq olunduqdan sonra bu qaydaların tətbiqinə başlanacaq.

O bildirib ki, Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində “Qida təhlükəsizliyi haqqında” qanunla əlaqədar idxaldan əvvəl bildirişin, idxaldan sonra sənəd, eynilik və fiziki nəzarət tədbirləri nəticəsində idxal sağlamlıq aktının verilməsi funksiyası yaradılıb:

“Həmçinin yeni qanunla bağlı “Qida təhlükəsizliyi nəzarətinə aid edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı” təsdiq olunub. Artıq qida təhlükəsizliyi nəzarətinə aid edilən malların siyahısı genişləndirilərək yeni siyahıya uyğun tənzimlənir”.

AQTA sədri əlavə edib ki, Qazax və Xaçmaz rayonlarında sərhəd keçid məntəqələrinə yaxın ərazidə Qida Təhlükəsizliyinə Nəzarət Məntəqələrinin yaradılması davam edir:

“Qırmızı körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsinin də inşasına başlanılıb və tikintinin bu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Ölkəyə idxal olunan qida və yem məhsullarına nəzarətin Dövlət Gömrük Komitəsi ilə qarşılıqlı əməkdaşlıq şəraitində həmin məntəqələrdə həyata keçirilməsi planlaşdırılır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər