10 C
Baku
Wednesday, December 11, 2024

“Zirə” klubu 2022-ci ildə ₼5 milyondan çox gəlir əldə edib

Azərbaycan Premyer Liqasında Bakını təmsil edən “Zirə” Peşəkar Futbol Klubu MMC 2022-ci ili 229 min manat xalis mənfəət əldə edib. 2021-ci ildə xalis mənfəət 49 min manat idi.

Banker.az bunu klubun illik maliyyə hesabatına istinad edir.

Klubun gəlirləri illik müqayisədə 14 faiz artaraq 5 mln. 062 min manat təşkil edib. Klubun xərcləri 831 min manat olub.

Klubun ümumi mənfəəti 4 milyon 230 min manat olub.

1 yanvar 2023-cü il tarixinə klubun 635 min manat cəmi aktivi, 549 min manat cəmi öhdəliyi və 86 min manat cəmi kapitalı olub.

Cəmi kapitalın 100 manatı nizamnamə, qalanı isə bölüşdürülməmiş mənfəətdir. Öncəki ildə klubun 139 min manat kapital çatışmazlığı mövcud idi.

“Zirə” FK 2014-cü ildə yaradılıb. Klub tarixində ən yüksək nəticəni 2015/2016-cı il mövsümində Azərbaycan Premyer Liqasının bürünc medalını qazanması olub.1113248234232

Son xəbərlər
Digər xəbərlər