Aktiv kreditlərin 6% restruktrizasiya olunub

“Azərbaycan Mərkəzi Bankı kreditlərin keyfiyyətinin qorunması, həm də borcalanların maliyyə yükünün tənzimlənməsi üçün səlahiyyətləri çərçivəsində tədbirlər görür”.

“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E. Rüstəmovun sözlərinə görə, AMB-nin tövsiyəsi ilə banklar ilin əvvəlindən ümumi məbləği 600 mln. manat  həcmində 110 minə yaxın krediti yenidən strukturlaşdırıb: “Restrukturizasiya əhalinin borc yükünün yumşaldılmasına xidmət edir. Banklar uzanma müddətində faiz dərəcələrini azaldır. Hətta bəzi uzanma dövründə bəzi banklar faiz almırlar”.

Məlumat üçün qeyd edək ki, hazırda bazarda təxminən 2 mln kredit vardır və onların 110 min nəfərinin restruktrizasiyası sonradan risk amilinə çevrilməsin istisna etmək olmaz ( Banker.az qeyd).

E. Rüstəmov bankları bu prosesdə daha fəal olmağa çağırıb. AMB rəhbəri vurğulayıb ki, belə maliyyə konsensusu həm əhalinin, həm də bankların maraqları arasında optimal bir balansı tapmalıdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər