12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda qızıl və gümüş istehsalı azalıb, mis istehsalı isə 46% artıb

Ötən il Azərbaycanda qızıl və gümüş istehsalı azalıb. Ölkədəki mis istehsalında isə kəskin artım olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2023-cü ilin yanvar-iyun ayında ölkədə 975.5 kq qızıl istehsal olunub. Bu göstərici 2022-ci ilin eyni dövrünə nisbətən 29.6% azdır.

Mis istehsalında da illik 45.9% artım müşahidə olunur. Ötən il Azərbaycanın mis istehsalının həcmi 1856 ton təşkil edib.

Komitənin məlumatına əsasən, bu il gümüş istehsalında 42.5% azalma olub. Belə ki, 6 ayda ölkədə 1841,3 kq gümüş istehsal edilib.

Qeyd edək ki, 01.07.2023-cü il vəziyyətinə ölkədə 101.9 kq hazır qızıl, 352.2 kq hazır gümüş, 522.3 ton hazır mis ehtiyatı var.

Son xəbərlər
Digər xəbərlər