13 C
Baku
Friday, November 22, 2024

“Azərbaycan sığorta sektorunun inkişafı baxımından Avropa ölkələrindən 5 dəfədən çox geri qalır”

2022-ci ildə Azərbaycan sığorta bazarı ümumdaxili məhsulun cəmi 0.7%-i həcmində olub.

Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib.

O bildirib ki, bu, 2021-ci ilə nisbətən 0.2% azalma deməkdir. Avropa ölkələri üzrə sığorta sektorunun ÜDM-də payı 3.9% təşkil edib. Başqa sözlə, Azərbaycan sektorun inkişafı baxımından Avropa ölkələrindən 5 dəfədən çox geri qalır.

Zahid Oruc əlavə edib ki, hətta Gürcüstan sığorta sektorunun inkişafına görə Azərbaycandan öndədir: “2022-ci ildə Gürcüstanda sığorta bazarı ÜDM-in 1.27%-nə, Ermənistanda isə ÜDM-in 0.7%-nə bərabər olub”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər