11 C
Baku
Monday, November 25, 2024

Mərkəzi Bankın sədri özünə yeni müşavir təyin edib

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov özünə yeni müşavir təyin edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, Şahin Mahmudzadədir.

Bununla da sədrin müşavirlərinin sayı 3-ə çatıb.

Ş.Mahmudzadə 1992-ci ildə Bakıda anadan olub. 2015-ci ildə Ankara Universitetini “Maliyyə” ixtisası üzrə bakalavr, 2016-cı ildə Sabancı Universitetini “Maliyyə” ixtisası üzrə magistr dərəcələri ilə bitirib, 2013-cü ildə Erasmus Proqramı çərçivəsində Belçikanın KU Leuven universitetində “İqtisadiyyat və İdarəetmə” ixtisası üzrə 1 illik təhsil alıb, həmçinin “Chartered Financial Analyst” (CFA) sertifikatına yiyələnib.

O, əmək fəaliyyətinə 2016-cı ildə AMB-nin Pul siyasəti departamentində başlayıb, 2018-ci ildən “Paşa Həyat Sığorta” ASC-nin Risklərin idarə edilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi, 2020-ci ildə şöbənin müdiri, 2021-cil ildən isə departamentin direktoru işləyib, bu aydan isə AMB-nin komandasına qoşulub.

Son xəbərlər
Digər xəbərlər