“Azmaş Lizinq” MMC-nin nizamnamə kapitalı 3.3 dəfə artırılıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, lizinq şirkətinin nizamnamə kapitalı 700.1 min manatdan 2 mln. 285.1 min manata qaldırılıb.
Xatırladaq ki, “Azmaş Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cü ildə təsis edilib. Şirkətin qanuni təmsilçisi Fəridə Qaraxanova Misrixanovnadır.