“WhatsApp” messenceri istifadəçilərə nömrəsi telefon kitabçanızda olmayan insanlarla əlaqə saxlamaq funksiyasını işə salıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bunun üçün “Yeni söhbət” bölməsini seçin və açılan pəncərədə telefon nömrəsini daxil edin. Əgər kontakt “WhatsApp”dan istifadə edirsə, onun hesabı axtarış nəticələrində görünəcək.
Yeni funksiyadan yararlanmaq üçün Android və iOS istifadəçiləri “WhatsApp” proqramını ən son versiyaya qədər yeniləməlidirlər.